23 
Dek
2021
15:49
758

Gömrük əməkdaşları Tbilisi hava limanında bəyan edilməmiş pullar aşkar etdilər

Gömrükçülər Tbilisi hava limanında bəyan edilməmiş pullar aşkar ediblər. 

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidmətindən məlumat verilib.

Məlumata görə, Tbilisi Hava Limanında Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrükçüləri tərəfindən Uqanda Respublikası və Qazaxıstan vətəndaşı K.F. və M.A.-nın fiziki, eləcə də çantasına baxış zamanı ümumilikdə 74,100 ABŞ dolları məbləğində vəsait aşkar edilib.

Onların sözlərinə görə, ümumi bəyan edilməmiş məbləğ Milli Bankın məzənnəsinə əsasən, 228 952,74 lari təşkil edib. Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə əsasən, qanun pozucuları 22 895,3 lari cərimə məbləğində (bəyan olunmamış məbləğin 10%-i miqdarında) cərimə olunublar.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər