Bu gün Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin 7 noyabr işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.
InterPress.ge xəbər verir ki, məhkəmə Tbilisi Şəhər Məhkəməsində saat 11:00-a təyin edilib.
Təqsirləndirilən şəxsin iclasda iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Dövlət ittihamında Mixeil Saakaşvili 2007-ci il noyabrın 7-də nümayişçilərin kütləvi şəkildə dağıdılmasında, İmedi TV-yə basqın və Badri Patarkatsişvilinin əmlakının cinayətlə ələ keçirilməsində ittiham olunur.
.jpeg)