22 
Dek
2021
13:06
458

Qərargah rəhbəri: "Gecə klublarının açılması ilə bağlı qərar verilməyib"

Hazırki mərhələdə gecə klublarının açılması ilə bağlı qərar verilməyib.

InterPress.ge xəbər verir ki, bunu İdarələrarası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qiorqi Ğibradze deyib.

Onun Koordinasiya Şurasının iclasından sonra verdiyi açıqlamaya görə, gecə klubları ilə bağlı Əmək Müfəttişliyi uyğun reaksiya verir.

"Bildiyiniz kimi, "Omikron" ştammı artıq Gürcüstanda qeydə alınıb. Daha bir neçə halla bağlı araşdırma aparılır. Aydındır ki, virusun yayılma potensialı yüksəkdir. Dolayısı ilə klublar istiqamətində liberallaşma yoxdur. Klubların açılması ilə bağlı qərar verməmişik. Bütün dünyada fəaliyyətə icazə verilən yerlərə baxsaq, orada da məhdudiyyətlər tətbiq edildi. Əmək müfəttişliyinə və görülən tədbirlərə gəlincə, biz həyata keçirilən tədbirlərdən xəbərdarıq və əmək müfəttişliyinin cavab verməməsi yanlış məlumatdır", - Ğibradze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər