22 
Dek
2021
13:00
1472

Tbilisidə ictimai nəqliyyatda gediş haqqı qaldırıldı

Paytaxtda birdəfəlik gediş haqqı iki dəfə artırıldı. 

InterPress.ge xəbər verir ki, birdəfəlik səyahət zamanı əvvəllər 50 tetri olan tarif indi 1 lari olacaq.

“Sərnişinlər ödəniş sistemindən istədikləri paketi seçə biləcəklər. Birdəfəlik səfər zamanı gediş haqqı 1 lari təşkil edəcək və sərnişin 90 dəqiqə ərzində metro, avtobus, mikroavtobus və ya universitetin mağliv binasının yanındakı kanat yolu ilə səyahət zamanı bundan istifadə edə bilər. Bununla belə, vətəndaş abonelik bileti alırsa, o, artıq ayrıca mikroavtobusda 80 tetri ödəməyəcək və istənilən bələdiyyə nəqliyyatından istifadə edə biləcək, yəni bu gün sarı mikroavtobus üçün əlavə 80 tetri ödəyirsinizsə, 2022-ci ildən artıq əlavə heç nə ödəməli olmayacaqsınız. Birdəfəlik ödənilən 1 lari halında da eyni şey olacaq. Mikroavtobuslar dəyişdiriləcək, vahid ödəniş sistemi işə salınacaq.

Pulsuz və güzəştli səyahətə gəlincə, müştərilərin bir neçə kateqoriyası, o cümlədən sosial cəhətdən həssas qruplar, tələbələr, şagirdlər, müəllimlər və s. bu güzəştdən faydalana biləcəklər”, - deyə məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, ictimai nəqliyyatda 90 dəqiqəlik kart 1 lari, 1 günlük kart 3 lari, 1 həftəlik kart 20 lari, 1 aylıq kart 40 lari, 3 aylıq kart 100 lari, 6 aylıq kart - 150 lari, 1 illik kart - 250 lari olacaq. İctimai nəqliyyatda limitsiz abunə sistemi fevralın 1-dən qüvvəyə minəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər