22 
Dek
2021
12:03
1627

Qardabaninin Qaratəhlə kəndində baş verən atışma ilə bağlı DİN məlumat yaydı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Qardabani bələdiyyəsində qəsdən adam öldürməyə cəhdlə bağlı 3 nəfər - 1995-ci il təvəllüdlü F.Ə., 1998-ci il təvəllüdlü E.M. və 2001-ci il təvəllüdlü K.O. saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, F.Ə. və K.O. qanunsuz olaraq odlu silah əldə etmək,saxlamaq və gəzdirməkdə və ağırlaşdırılmış şəraitdə qrup halında qəsdən adam öldürməyə cəhd etməkdə, E.M. isə ağırlaşdırılmış şəraitdə qrup halında qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunur.

İstintaq müəyyən edib ki, Qardabani bələdiyyəsinin Qaratəhlə kəndində saxlanılan şəxslər ilə 1984-cü il təvəllüdlü R.Z. arasında əəvvəllər yaranmış münaqişə zəminində mübahisə baş verib, bundan sonra təqsirləndirilən şəxslər F.Ə., K.O. və E.A avtomatik odlu silahdan bir neçə dəfə R.Z-nin avtomobilinə atəş açıb, R.Z.-yə ciddi xəsarət yetiriblər və hadisə yerindən qaçaraq gizləniblər. Yaralı R.Z. tibb müəssisəsinə yerləşdirilib.

Polis əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxsləri hadisə baş verdikdən iki gün sonra saxlayıblar.

Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri, Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin birinci hissəsinin “b” və ikinci hissəsinin “e” yarımbəndi ilə istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər