Tbilisidə bu yolda bir müddət nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Birinci Respublika meydanında keçirilməsi planlaşdırılan Yeni il tədbiri ilə əlaqədar dekabrın 22-dən yanvarın 1-dək avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə paytaxt meriyası məlumat yayıb.
Məlumata görə, məhdudiyyət yalnız Kostava küçəsindən Respublika meydanına doğru hərəkət edən avtonəqliyyat vasitələrinə şamil olunacaq və Rustaveli prospektindən Birinci Respublika meydanına hərəkət sərbəst olacaq.
“Avtomobillərin Kostava küçəsindən və Rustaveli prospektindən istifadə edərək Respublika meydanına gəlməsi mümkün olacaq.
İctimai nəqliyyat aşağıdakı istiqamətlər üzrə hərəkət edəcək:
33, 31 nömrəli avtobuslar və 457 nömrəli mikroavtobus Cavaxişvili küçəsindən Tbilisi konsert zalı istiqamətində hərəkət edəcək, bundan sonra Rustaveli metrostansiyası istiqamətində davam edəcək və müəyyən edilmiş sxem üzrə hərəkət edəcək. Əks istiqamətdə sözügedən avtonəqliyyat vasitələrinin hərəkət marşrutu dəyişməz olacaq”, - məlumatda deyilir.


