Aksiya iştirakçısı: "Saakaşvilinin həbsi bizi vətəndaş hüququndan məhrum edir"
"Mişaya azadlıq“- bu şüarla Rustaveli prospektində “Vahid Milli Hərəkat”ın mitinqi başlayıb.
InterPress.ge xəbər verir ki, vətəndaşlar iki yerdən - “Respublika meydanı” və “Kolmeurneoba” dan aksiyaya qoşulublar.
Etirazçılar üzərində “Prezidentim, ad günün mübarək, təslim olma” sözləri yazılmış plakatlar qaldırırlar.
Rustaveli prospektində, parlament binasının qarşı tərəfində spikerlərin və siyasi liderlərin etirazçılara müraciət etdiyi səhnə qurulub.
Vahid Milli Hərəkat üzvlərindən Nuqzar Çiklaurini verdiyi məlumata görə, vətəndaş etirazı siyasi təqiblər bitənə qədər davam edəcək və hazırda əsas tələb Mixail Saakaşvilinin azadlığa buraxılmasıdır.
"Mitinqin əsas tələbi Mixeil Saakaşviliyə azadlıqdır. Bizim istənilən seçki ilə bağlı rəyimiz rədd edilir və Mixail Saakaşvilinin həbsi əslində bizi əsas vətəndaş hüququmuzdan məhrum edir, bu isə seçkidir", - Çiklauri bildirib.


