Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşünə münasibət bildirib.
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir “Twitter” sosial şəbəkəsində yazıb.
Hökumət başçısı qeyd edib ki, Nikol Paşinyanın səfəri Gürcüstanla Ermənistan arasında münasibətlərin əhəmiyyətini bir daha təsdiqləyir.
"Mən Gürcüstan-Ermənistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında dostum Nikol Paşinyanı qəbul etmək şərəfinə nail oldum. Bu səfər əlaqələrimizin əhəmiyyətini bir daha təsdiqləyir. Bu çox mühüm platforma iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə töhfə verir", - İrakli Ğaribaşvili yazıb.
