Parlament dəstəklədi - artıq hökumət fövqəladə vəziyyət olmadan bu cür məhdudiyyətləri tətbiq edəcək
″İctimai Sağlamlıq ilə bağlı ″Gürcüstan qanunvericiliyində ediləcək olan dəyişiliklər müzakirə edilərək, dəstəklənib.
InterPress.ge xəbər verir ki, Parlamentin fövqəladə sessiyasının plenar iclasında birinci dinləmə ilə bu gün dəstəklənib.
Səs vermə üçün 101 deputat qeydiyyatdan keçib, dəyişiliklərin lehinə 80, əleyhinə isə 3 deputat səs verib.
Qanunvericilik dəyişilikləri paketi ilə, hökumət, məhdudlaşdırıcı tədbirləri fövqəladə vəziyyət olmadan da həyata keçirə biləcək.
Səsvermənin başlamasınadək parlament çoxluğunun üzvü İrakli Kobaxidze təşəbbüslə çıxış edib ki, bu da müəyyən olunan normaların keçid müddəalarında müvəqqəti şəkildə, şərti olaraq iyulun 15-dək yazılmasını nəzərdə tutur.
Müddət məsələsini deputatlar səsvermədən sonra müzakirə edəcəklər. Qanunvericilər təşəbbüsü məhz bu şərtlə dəstəkləyiblər.
Dəyişiliklərə əsasən, ″Təcrid″ və ″Karantin tədbirləri″ terminləri qanunvericilik səviyyəsində müəyyən olunacaq.
Qanunlayihəda qeyd olunur ki, “təcrid” – xəstənin, yoluxmuş və ya mümkün yoluxmuş insanın xəstəliyin ötürülməsi dövründə digər şəxslərdən ayrılmasını, xəstəliyin birbaşa və ya dolayı yolla başqa bir şəxsə ötürülməsini məhdudlaşdıran və ya istisna edən bir yerə və ya şərtlərə tabe tutulmasını nəzərdə tutur.
“Karantin tədbirləri”nə yönəlik izah edilir ki, bu tədbirlər silsiləsidir və xəstə olmayan, lakin ötürücülük müddəti ərzində keçici xəstəlik halına məruz qalan insana qarşı tətbiq olunan tədbirləri, habelə ictimai müəssisələrin fəaliyyətini, insanların hərəkətini, mülkiyyətin, əməyin, peşə və ya iqtisadi fəaliyyətin, fiziki şəxslərin sosial tədbirlərinin keçirilməsi məqsədi ilə toplaşma qanunvericiliyindən fərqli olaraq tənzimlənməsini, o cümlədən müvafiq məhdudiyyətlərin təyin olunmasını, həmçinin əhalinin sağlamlığının qorunması üçün görülməsi zəruri olan tədbirləri nəzərdə tutur.
Qanunvericilik təşəbbüsünün müəllifləri parlament üzvləri – Dimitri Xundadze, İlia Nakaşidze, Vladimer Kaxadze, Zurab Xaçidze, Dimitri Mxeidze, Koba Nakaidzedir.