Qırmızı Körpüdə 21 milyondan çox rus pulu ələ keçirildi
Gömrük nəzarətçiləri “Qırmızı Körpü”də külli miqdarda bəyan olunmamış pul aşkar ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib.
Qurumdan verilən məlumata görə, qanunu pozan vətəndaşın bəyan edilməmiş pulu əlindən alınıb.
“Azərbaycan Respublikasından “Qırmızı Körpü” gömrük-keçid məntəqəsinə Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobili daxil olub. Avtomobilin sahibi Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşı ilə müsahibədə bəyan edib ki, bəyan edilməmiş heç bir əşyası yoxdur, lakin şübhə ilə avtomobilə ətraflı baxış zamanı 21 milyon 680 min rus rublu aşkar edilib. Bu məbləğ Milli Bankın məzənnəsinə əsasən 915 633 lari təşkil edir. Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə əsasən, qanunu pozan vətəndaşa qarşı sanksiya kimi bəyan edilməmiş pulun müsadirəsi tətbiq edilib”, - Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin yaydığı məlumatda deyilir.


