Kutaisi yaxınlığında avtomobil Cğalcitela çayına düşüb.
InterPress.ge xəbər verir ki, qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə nəticəsində 20 yaşlı oğlan və qız ölüb. Üç nəfər öz gücü ilə çaydan çıxa bilib. Yaralılar klinikaya yerləşdirilib.
Polis hadisə yerinə cəlb olunub.
