21 
Dek
2021
11:44
425

Son 24 saat ərzində ölkə üzrə koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 3 282 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 913 738 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 263 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 866 339 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 53 nəfər ölüb və ölənlərin ümumi sayı 13 169 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər