20 
Dek
2021
23:10
1864

Qardabaninin Qaratəhlə kəndində atışma baş verdi - Bir gənc yaralandı

Qardabani bələdiyyəsinin Qaratəhlə kəndində atışma baş verib. 

InterPress.ge xəbər verir ki, kimliyi bilinməyən şəxslər avtomobildə əyləşən kənd sakininə atəş açıblar, daha sonra da hadisə yerindən uzaqlaşıblar.

Hadisə zamanı gənc oğlan yaralanıb.

Yaralı Rustavi Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Xəstəxananın baş həkimi Davit Qoqodze qeyd edir ki, gəncin vəziyyəti kritik-ağırdır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının işçiləri işləyirlər. Hücumun motivi bilinmir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər