20 
Dek
2021
13:02
8587

Bolnisidə yeni evlənmiş gənc qız intihar edərək həyatına son qoydu

Bolnisinin Kolayr kəndində bədbəxt hadisə baş verib.

InterPress.ge xəbər verir ki, dünən, 19 dekabr tarixində gənc yaşlarında qız özünü su kanalına ataraq həyatına son qoyub.

Kənd sakinləri, qız evdə heç kim olmayanda özünü evə yaxınlığında yerləşən su kanalına atdığını bildirirlər.

Hadisənin fərqinə varan qızın yaxınları dərhal polisə xəbər verib. Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım və polis cəlb olunub.

İntiharın səbəbi bilinmir.

Gənc qızın bir aydı evləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər