InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.
"Qar və buz səbəbi ilə beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti qadağandır, digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.
Hərəkət patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası altında həyata keçiriləcək", - məlumatda deyilir.
