Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

"Oğru dünyası" ilə əlaqəli beş nəfər saxlanıldı

923
"Oğru dünyası" ilə əlaqəli beş nəfər saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Baş Prokurorluqla birgə həyata keçirdikləri fəal kompleks istintaq-əməliyyat tədbirləri…

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Baş Prokurorluqla birgə həyata keçirdikləri fəal kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində Tbilisi, Kutaisi, Zestaponi və Tercola şəhərlərində 5 nəfəri saxlayıblar. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

Məlumata görə, “Oğru dünyası”na üzv olmaq və “Oğru dünyası”nın üzvünə müraciət etmək ittihamı ilə aşağıdakı şəxslər saxlanılıb: 1982-ci il təvəllüdlü İ.M., 1975-ci il təvəllüdlü Q.Q. ( Qadabmuli ləqəbli), 1978-ci il təvəllüdlü K.J., 1984-cü il təvəllüdlü Ş.K., və 1966-cı il təvəllüdlü Q.S.

Araşdırma zamanı məlum olub ki, maliyyə mübahisəsinə görə mübahisə edən tərəflər mövcud mübahisəni həll etmək üçün “oğru dünyası”nın üzvlərinə: İ.M., Q.Q. və K.J.-yə müraciət ediblər, onlar da öz növbəsində mübahisəni həll etmək üçün xaricdə yaşayan "qanuni oğrularla" əlaqə saxlayıblar. 

Bundan sonra “oğru dünyası”nın üzvləri mübahisə edən tərəflərlə birlikdə Tbilisidə əvvəlcədən kirayə götürdükləri mənzildə, həmçinin mübahisə edənlərdən birinin ofisində maliyyə mübahisəsini həll etmək üçün bir neçə dəfə görüş keçiriblər. Görüşlərdə “oğru dünyası”nın üzvləri qarşı tərəfi dinləyərək mübahisəli pulun obyektiv olaraq müəyyən edilmiş paylarını – 50 min larini bir-birinə ödəməyi tapşırıb, həmçinin hər iki tərəfdən mübahisəyə qarışan “qanuni oğrulara” bir qədər pul göndərmələrini tələb ediblər. Mübahisə edən tərəflər öz payları ilə bağlı razılığa gələ bilməyiblər, bundan sonra “oğru dünyası”nın üzvləri onları Yunanıstana “qanuni oğrular”ın yanına getməyi tapşırıblar ki, orada oğrular son qərarı verəcəkdilər.

Gürcüstan Cinayət Məcəlləsinin 223-cü maddəsinin birinci hissəsi və 223-cü prima 4-cü maddəsinin birinci hissəsi ilə “Oğru dünyası”na üzvlük və “Oğru dünyası” üzvünə müraciət faktı ilə bağlı araşdırma aparılır. 

Cinayətlər maksimum yeddi ildən 10 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →