Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ABŞ Gürcüstanda fəaliyyət göstərən üç şirkətə sanksiya tətbiq etdi

758
ABŞ Gürcüstanda fəaliyyət göstərən üç şirkətə sanksiya tətbiq etdi
Dinləmək üçün basın

ABŞ-ın Ticarət Nazirliyi Gürcüstanda fəaliyyət göstərən üç şirkəti “qara siyahı”ya salıb.

ABŞ-ın Ticarət Nazirliyi Gürcüstanda fəaliyyət göstərən üç şirkəti “qara siyahı”ya salıb.

InterPress.ge xəbər verir ki, buna səbəb onların Amerika məhsullarının İranın hərbi proqramlarına yönəltməsi və yaxud buna cəhd etməsidir.

“Gensis Engineering”, “ROV Solutions” və “SAEROS Safety ERO Company” şirkətlərinin fəaliyyəti ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına zidd qiymətləndirilib. Onların ABŞ istehsalı olan ixrac nəzarəti tətbiq edilən müəyyən məhsul və texnologiya tədarükünə qadağa qoyulub.

Gürcüstan tərəfi ABŞ-ın Ticarət Nazirliyinin qərarı ilə bağlı hələ heç bir şərh verməyib.

Gürcüstandan olan şirkətlərlə yanaşı, “qara siyahı”ya Çin, Malayziya və Türkiyənin 34 şirkəti də daxil edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →