Geri qayıdan miqrantlara kənd təsərrüfatı texnikası verildi
Mühacirətdən (miqrasiyası) qayıdan Gürcüstan vətəndaşlarına kənd təsərrüfatı işlərini asanlaşdırmaq üçün mini traktorlar verilib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Məcburi Köçkünlərin, Ekomiqrantların və Dolanışığın Təminatı Agentliyi yayıb.
Agentliyin direktoru Besarion Simonişvilinin sözlərinə görə, miqrantlar fəaliyyətlərinə başlamaq və ya genişləndirmək üçün lazımi avadanlıqları seçiblər.
“Dövlət proqramının əsas məqsədi mühacirətdən qayıdan vətəndaşların reinteqrasiyasına kömək etmək və onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. Onların gəlir mənbəyinin olması və bir daha ölkəni tərk etməməsi vacibdir”, - Besarion Simonişvili bildirib.
Reinteqrasiya proqramı artıq son iki ildə 400-ə qədər miqrantı maliyyələşdirib.


