16 
Dek
2021
12:29
427

Tbilisi, Marneuli və Zuqdididə narkotiklə bağlı saxlanılanlar var

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin və Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində müxtəlif vaxtlarda narkotik cinayətləri törətdiklərinə görə 4 nəfəri həbs etmişlər.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Saxlanılan şəxslər xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsində və saxlanılmasında ittiham olunurlar. Cinayət ən çox səkkiz ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Marneuli rayon şöbəsinin əməkdaşları B.Z.-nı Marneuli bələdiyyəsində həbs edilib. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin şəxsi və yaşayış evinə baxış zamanı maddi sübut kimi psixotrop maddələr və müxtəlif növ narkotik vasitələr, o cümlədən 30 bağlama “heroin” götürülüb.

Kvemo Kartli Polis Departamentinin Dedektivlər Şöbəsinin əməkdaşları digər təqsirləndirilən B.G.-ni həbs ediblər. O, Tbilisinin Poniçala qəsəbəsində saxlanılıb. Onun şəxsi axtarışı nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sübut şəklində 1 qutu “heroin” olan narkotik vasitə götürülüb.

Sameqrelo-Zemo Svaneti Polis İdarəsi tərəfindən Zuqdididə L. X-nin evinə baxış zamanı sübut kimi 41 ədəd “Suboxin” həbi, üç bağlama “Suboxin” həbi və müxtəlif psixotrop maddələr aşkar edilərək götürülüb.

M.K-ya gəlincə, onun Zuqdidi Bələdiyyəsində şəxsi axtarışı zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 9 büküm xüsusilə külli miqdarda “Metadon” narkotik vasitə maddi sübut kimi götürülüb”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsi ilə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər