Saakaşvilinin vəkili: "Mixail Saakaşvili yemək yeyə bilmir"
Mixail Saakaşvili yemək yeyə bilmir, yeməyin 80%-i sadəcə olaraq zibil qutusuna atılır, çünki onun orqanizmi bu yeməyi qəbul etməyə hazır deyil.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Dimitri Sacaqlişvili jurnalistlərə bildirib.
Vəkilin qeyd etdiyinə görə, Mixail Saakaşvilinin tibbi yardıma ehtiyacı olmasa daha yaxşı olardı, lakin indiki mərhələdə buna ehtiyac var.
“Həkimlərdən birinin dünən hər şeyin qaydasında olduğu və qidaya qoyulan bütün məhdudiyyətlərin götürüldüyü barədə verdiyi açıqlamaya gəlincə, mən bir faktı vurğulamaq istəyirəm ki, Mixail Saakaşvili yemək yeyə bilmir, yeməyin 80%-i sadəcə olaraq zibilə atılır, çünki onun orqanizmi yeməyə hazır deyil. Əgər Mixail Saakaşvilinin ümumiyyətlə heç bir tibbi xidmət göstərməsinə ehtiyac olmasaydı, biz çox şad olardıq, lakin təəssüf ki, indiki mərhələdə tibbi xidmətə ehtiyac var”, - Sacaqlişvili bildirib.
Dimitri Sacaqlişvili artıq Mixail Saakaşviliyə Qori Hərbi Hospitalında baş çəkib.


