14 
Dek
2021
11:42
413

Tbilisidə ictimai nəqliyyata biletlərin bu tarixdən satışa çıxarılacağı gözlənilir

Tbilisidə ictimai nəqliyyata biletlərin 2022-ci il yanvarın 1-dən satışa çıxarılacağı gözlənilir.

InterPress.ge İnterpressNews-a istinadən  xəbər verir ki, bu barədə Tbilisi meriyasından məlumat verilib.

 Verilən məlumata görə, 1 günlük, 1 həftəlik, 1 aylıq, 3 aylıq və 1 illik abonementlər olacaq.

Bununla belə, meriya bu mərhələdə müddətli mövsüm biletlərinin haqqını dəqiqləşdirmir.

Yanvarın 1-dən müddətli səyahət mövsümi biletləri satışa çıxarılacaq. Bir günlük, bir həftəlik, bir aylıq, üç aylıq və bir illik abonentlər olacaq. Hazırda texniki proseslər gedir və yekun qərardan sonra mer ətraflı izahat verəcək", - Tbilisi meriyası  bildirib.

Məlumat üçün bildirək ki, ictimai nəqliyyatla - metro, avtobus və mavi rəngli mikroavtobusla birdəfəlik gediş haqqı 50 tetri,  1 saat yarımlıq gediş gəliş zamanı isə pulsuzdur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər