Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Mixail Saakaşvilinin son vəziyyəti haqda açıqlama verildi

1,451
Mixail Saakaşvilinin son vəziyyəti haqda açıqlama verildi
Dinləmək üçün basın

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin səhhəti yaxşılaşıb, çərşənbə axşamından o, yaxşı yeyə biləcək.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin səhhəti yaxşılaşıb, çərşənbə axşamından o, yaxşı yeyə biləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Qoridə xəstəxanada sabiq dövlət başçısı ilə görüşdən sonra jurnalistlərə Ədliyyə Nazirliyinin yaratdığı tibb şurasının üzvü Yelena Qiorqadze bildirib.

"Sabahdan xəstə Saakaşvili heç bir məhdudiyyət olmadan yemək yeyə biləcək. Biz tədricən tibbi əlavələri çıxarırıq. Saakaşvilinin analizləri normaldır. Zəifliyə gəlincə, xəstədə hərəkətsizlikdən yaranıb", - deyə həkim bildirib.

"Saakaşvili məşq etmək arzusunu ifadə etməyib, görünür, bu, aldığı emosional travma ilə bağlıdır. Onun psixi durumu psixiatrlar tərəfindən qiymətləndiriləcək. Saakaşvilinin müalicəsi barədə danışan psixiatrlar qərar versəydilər, yaxşı olardı. Diaqnoz qoyulsaydı, müalicəyə başlayardıq və siz jurnalistlərə hər şey aydın olardı”, - Qiorqadze bildirib.

Tibbi şuraya alternativ olan “Empatiya” mərkəzinin həkimləri jurnalistlərə son bir neçə gün ərzində bildiriblər ki, Gürcüstanda belə mərkəzlər olmadığı üçün Saakaşvilinin psixo-nevroloji vəziyyəti onun xaricdə reabilitasiya mərkəzində müalicə olunmasını tələb edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →