Quram Maçaraşvili: "Mixeil Saakaşvilinin fantaziyalarına təəccüblənmirik, onun fantaziyaları sonsuzdur"
"Mixeil Saakaşvilinin fantaziyalarına təəccüblənmirik, onun fantaziyaları sonsuzdur. Görünür, o, öz ad günündə etiraz aksiyası keçirmək qərarına gəlib".
InterPress.ge xəbər verir ki, parlament çoxluğunun üzvü Quram Maçaraşvili bunu Milli Hərəkatın elan etdiyi aksiya ilə əlaqədar deyib.
Onun sözlərinə görə, ölkənin başqa gündəmləri və çətinlikləri var.
“Bu, onun şəxsi işidir, ölkənin başqa gündəmləri və çətinlikləri var. Hətta onların tərəfdarları da zorakı proseslərdə iştirakdan imtina ediblər. Ola bilsin ki, seçkilərdə “Milli Hərəkat”a və radikal müxalifətə siyasi dəstək veriblər, amma heç bir halda radikal addımları, küçə aksiyalarını dəstəkləmirlər. Ona görə də müxalifət anlamalı və 2024-cü il seçkiləri üçün hazırlığa başlamalıdır”, - deyə o söyləyib.


