Hökumət Administrasiyasında iclas keçirildi
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə Hökumət Administrasiyasında iclas keçirilib.
InterPress.ge xəbər verir ki, Nazirlər Kabineti gündəlikdə nəzərdə tutulan 11 məsələni müzakirə edib.
Dövlət proqramı - “Gürcüstanda istehsal et” çərçivəsində Tbilisidə 300 nəfərə qədər insan işlə təmin olunacaq yeni ət məhsulları müəssisəsi fəaliyyətə başlayacaq.
Bu məqsədlə Gürcüstan hökumətinin qərarı ilə dövlət proqramı çərçivəsində Tbilisidə yerləşən torpaq sahəsi və onun üzərində yerləşən tikililər simvolik qiymətə, 1 lariyə Nikora Ltd şirkətinin mülkiyyətinə verilib.
Yeni ət emalı zavodu müasir standartlara cavab verən ən son avadanlıqla təchiz olunacaq və onun tikintisinə və avadanlıqla təchiz edilməsinə 15 milyon lariyə qədər investisiya qoyulacaq.
Bundan əlavə, Dövlət Çay plantasiyalarının bərpası proqramı çərçivəsində İmeretidə, Tkibuli bələdiyyəsinin Soçxeti kəndində 37,26 ha çay plantasiyası bərpa olunacaq. Görülən işlərin ümumi dəyəri 134 120 lari təşkil edir.
Dövlət proqramı çərçivəsində İmeretidə, Xoni bələdiyyəsinin Dedalauri kəndində 14,50 ha çay plantasiyasının bərpası aparılacaqdır. İşlərin ümumi dəyəri 52 200 laridir.


