Gürcüstanın İşğal Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər Nazirliyi məktəbəqədər təhsil müəssisələri üçün koronavirusla bağlı yenilənmiş qaydalar hazırlayıb.
InterPress.ge xəbər verir ki, yenilənmiş qaydalara əsasən, məruz qalma/infeksiya səviyyəsindən irəli gələrək kontakların təsnifatı (yüksək və aşağı riskli kontaktlar), onların özünü təcrid etməsi/karantin, habelə müəssisənin işinin məhdudlaşdırılması və işçilərin testdən keçirilməsi mexanizmi və digər qaydalar dəyişdirilir.
COVID-19 infeksiyası halında cavab mexanizmini dəyişdirəcək qeyd olunan qaydalara əsasən, Tbilisi dövlət uşaq bağçaları 13 dekabr 2021-ci il tarixindən etibarən bu qayda ilə işləyəcəklər.
