12 
Dek
2021
18:09
299

Parlamentin payız sessiyası dekabrın 17- də başa çatacaq

Parlament payız sessiyası formatında işləyir. 

InterPress.ge xəbər verir ki, reqlamentə əsasən, payız sessiyası dekabrın 17-də bağlanacaq.

Cari sessiya həftəsində parlament 2022-ci il dövlət büdcəsi layihəsini müzakirə edib təsdiq edəcək. Maliyyə sənədini deputatlara maliyyə naziri təqdim edəcək. Deputatlar büdcə layihəsinin müzakirəsi ilə yanaşı, qanunverici orqanda Nazir saatı formatında ədliyyə və iqtisadiyyat nazirlərini dinləyəcək və onlardan hesabat alacaqlar.

Parlament fevralın 1-də öz fəaliyyətini rəsmən bərpa edəcək və yaz sessiyasını açacaq. Sessiyada qəbul ediləcək ən mühüm qərarlardan biri də seçki baryerinin 2 faizə endirilməsini və tam proporsional sistemin tətbiqini nəzərdə tutan konstitusiya dəyişiklikləri olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər