11 
Dek
2021
15:38
461

Fransanın Gürcüstandakı səfiri Axalkalaki və Ninotsmindaya səfər edib

Axalkalaki və Ninotsminda bələdiyyələrində "Çoxmillətli Gürcüstan" Fransanın Gürcüstandakı səfiri Dieqo Kolasın vətəndaş cəmiyyəti, media və yerli özünüidarəetmə orqanlarının rəhbərləri və nümayəndələri ilə görüşlər təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Çoxmillətli Gürcüstan məlumat yayıb.

Məlumata görə, səfir bələdiyyələrdəki yenilik ilə tanış olub, yerli əhalinin üzləşdiyi problemlər, o cümlədən infrastruktur, təhsil, tibb və məşğulluq məsələləri ilə maraqlanıb.

“Diqqət Covid-19, vaksinasiya və pandemiyanın yaratdığı çətinliklər və problemlərə yönəlib. Dieqo Kolas Çoxmillətli Gürcüstanın nümayəndələrindən Serek çərçivəsində milli azlıqların sosial-iqtisadi hüquq və imkanlarının gücləndirilməsinə yönəlmiş fəaliyyət və tədbirlər haqqında məlumat alıb.

Görüşlər Avropa Komissiyasının dəstəyi ilə “Çoxmillətli Gürcüstan” tərəfindən həyata keçirilən “Milli Azlıqların Sosial-İqtisadi Hüquqlarının Gücləndirilməsi” SEREC proqramı çərçivəsində keçirilib”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər