Tamar Baçalişvili ilə bağlı yeni məktub ortaya çıxdı
Naməlum şəxs 23 yaşlı mərhum proqramçı Tamar Baçaliaşvilinin evinin yaxınlığındakı mağazaya məktub qoyub.
InterPress.ge xəbər verir ki, məktubda Tamar Baçaliaşvilinin öldürülməsi ehtimalı, qətlin kriptovalyutalarla və çağrı mərkəzləri ilə əlaqəli ola biləcəyi qeyd olunub.
Məktubda 23 yaşlı İT mütəxəssisinin kim tərəfindən və hansı səbəbdən öldürülə biləcəyi sxemi göstərilir.
Məktubda bir neçə yüksək rütbəli məmurun da adı çəkilir.
Ailənin vəkili Mixail Ramişvili deyir ki, məktubda polisin adı hallanır.
"Bu polisin adı əvvəldən də hallanırdı. Bu məktub əvvəldən nədən danışdığımızı müəyyən edir. Tamar Baçaliaşvili müəyyən qrupla əməkdaşlığın qurbanı olub", - deyə vəkil bildirir.
Xatırlatmaq istərdik ki, Poniçaladan yoxa çıxan 23 yaşlı Tamar Baçaliaşvili 4 gün sonra 22 iyul 2020-ci ildə Tetricğaroda öz avtomobilində ölü tapılıb.
İş qanunsuz olaraq azadlıqdan məhrum etmə və intihara səbəb olma ittihamı ilə araşdırılırdı.
2020-ci il dekabrın 17-də prokurorluq Tamar Baçaliaşvilinin ölümü ilə bağlı istintaqa xitam verib.
Ailə istintaqın versiyasına inanmır. Teona Tamazaşvili qızının öldürüldüyünü iddia edir.


