10 
Dek
2021
16:19
528

Ombudsman etnik azlıqlara olan münasibətdən narazıdır

“Gürcüstanda etnik azlıqlar istər mərkəzi, istərsə də yerli dövlət orqanlarında proporsional təmsil olunmayıblar və təəssüflər olsun ki, bu istiqamətdə ildən-ilə əhəmiyyətli irəliləyiş əldə edilmir”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan ombudsmanı Nino Lomcaria Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, gələn ilin mart ayında tam hazır olacaq illik hesabatda etnik azlıqların vətəndaş cəmiyyətinə inteqrasiyasında mövcud problemlər də əksini tapacaq.

N.Lomcariya qeyd edib ki, 2021-ci ildə bərabərlik məsələsi problem olaraq qalıb: “Qadınlar, fiziki məhdudiyyətli insanlar, LGBT nümayəndələri, etnik və dini azlıqların hüquqlarının müdafiəsi əhəmiyyətli dərəcədə yaxşılaşmayıb”.

Bizimlə əlaqə saxlayın