Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Baş nazir: "İnsan hüquqları və azadlıqlarının müdafiəsi hökumətimizin əsas prioritetidir"

345
Baş nazir: "İnsan hüquqları və azadlıqlarının müdafiəsi hökumətimizin əsas prioritetidir"
Dinləmək üçün basın

"2012-ci ilin bir oktyabr Parlament seçkilərilə, Gürcüstan xalqı aydın iradə ifadə etdi və ölkədə radikal dəyişikliklərin həyata keçirilməsini dəstəklədi, insan hüquqları və azadlıqlarının müdafiəsi hökumətimizin əsas…

"2012-ci ilin bir oktyabr Parlament seçkilərilə, Gürcüstan xalqı aydın iradə ifadə etdi və ölkədə radikal dəyişikliklərin həyata keçirilməsini dəstəklədi, insan hüquqları və azadlıqlarının müdafiəsi hökumətimizin əsas prioritetidir".

InterPress.ge xəbər verir ki, bu, Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin bəyanatında deyilir.

Hökumət başçısının dediyinə görə, Gürcüstan hökuməti hər hansı qrupa mənsubiyyətindən asılı olmayaraq Gürcüstan vətəndaşları üçün bərabər, azad və ləyaqətli şəraitin yaradılması qayğısına qalır.

Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti Gürcüstan vətəndaşlarının ifadə azadlığının, inkişafının və irəliləyişinin zəmanətidir və olacaq.

“2012-ci ilin 1 oktyabr Parlament seçkilərilə, Gürcüstan xalqı aydın iradə ifadə etdi və ölkədə radikal dəyişikliklərin həyata keçirilməsini dəstəklədi. Gürcüstanın yeni seçilmiş hökuməti bütün sahələrdə genişmiqyaslı islahatlar aparmağı qarşısına məqsəd qoydu. Hökumət proqramlarına müvafiq olaraq, ötən dövrdə vətəndaşların konstitusiya hüquqlarının toxunulmazlığının gücləndirilməsi, demokratik dəyərlərə əsaslanan institutların qurulması istiqamətində mühüm işlər görüldü. İnsan hüquqları və azadlıqlarının müdafiəsi hökumətimizin əsas prioritetidir. Gürcüstan hökuməti hər hansı qrupa mənsubiyyətindən asılı olmayaraq Gürcüstan vətəndaşları üçün bərabər, azad və ləyaqətli şəraitin yaradılması qayğısına qalır, çünki biz inanırıq ki, demokratik dövlət qurmaq üçün bütün qrupların, ayrı-ayrı şəxslərin mənafeyini qorumaq, onların hüquqi statusunun qayğısına qalmaq vacibdir. Gürcüstan hökuməti Gürcüstan vətəndaşlarının ifadə azadlığının, inkişafının və irəliləyişinin zəmanətidir və Avro-Atlantik strukturlara inteqrasiyasını daha da sürətləndirə biləcəyik”, – İrakli Ğaribaşvilinin bəyanatında deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →