10 
Dek
2021
13:54
376

Ombudsman yerli özünüidarəetmə seçkilərini dəyərləndirdi

2021-ci ildə yerli özünüidarə seçkiləri əvvəlki illərdə olduğu kimi yüksək qütbləşmiş seçki mühitində baş tutdu.

InterPress.ge xəbər verir ki, Xalq Müdafiəçisi 2021-ci ildə yerli özünüidarə seçkilərini belə qiymətləndirib.

Onun Beynəlxalq İnsan Hüquqları Günü ilə bağlı keçirdiyi brifinqdə izah etdiyinə görə, seçkilər zamanı seçicilərə təzyiq və hədə-qorxu gəlmə faktları müşahidə olunub.

“2021-ci ildə yerli özünüidarə seçkiləri əvvəlki illərdə olduğu kimi, yüksək qütbləşmiş seçki mühitində baş tutdu. Xalq Müdafiəçisi Aparatına daxil olan məlumata görə, 69 nəfər ayrı-seçkilik, siyasi baxışlarına görə işdən çıxarılıb; 59 müxalifət namizədinin namizədliklərini tərk etmələri üçün təzyiq və hədə-qorxu ilə üzləşdiyi ortaya çıxıb və nəticədə bir neçəsi istisna olmaqla, digərləri namizədliklərini geri götürmək üçün ərizə yazıblar. Seçicilərin rüşvətlə alınması ilə bağlı 16 fakt qeydə alınıb; Bundan əlavə, dövlət ümumtəhsil məktəbi direktorlarının səlahiyyətlərini icra edənlərin mümkün siyasi səbəblərə görə əmək müqaviləsinin davam etdirilmədiyi 4 hal barədə də Xalq Müdafiəçisinə məlumat daxil olub.

Xalq Müdafiəçisi yerli və beynəlxalq müşahidəçi təşkilatların seçicilərə qarşı ehtimal olunan təzyiq və hədə-qorxu faktlarının, yaradılan qorxuducu mühitin bəzi seçicilərin azad iradəsinə təsir edəcəyi ilə bağlı qiymətləndirmələrini bölüşür. Təəssüf ki, jurnalistlərin öz fəaliyyətlərini səmərəli həyata keçirmələrinə icazə verilmədiyi hallar da çox olub”, - Lomgaria bildirib.

Xalq Müdafiəçisinin sözlərinə görə, il ərzində vətəndaşların toplaşmaq hüququnun həyata keçirilməsinə maneçilik törədilməsi halları da aşkar edilib.

“Hüquq-mühafizə orqanlarının toplantı iştirakçılarının çadır qurmasına mane olması faktları da olub. Hüquq-mühafizə orqanlarının etirazçıları xırda xuliqanlıq və asayiş keşikçisinin qanuni tələbinə tabe olmadıqları üçün saxlaması hələ də problemli idi ki, bu da çox vaxt zərurət tələbini ödəmir və sərbəst toplaşmaq azadlığına əsassız müdaxilədir”, - Lomgaria bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər