10 
Dek
2021
10:32
1355

Salome Samadaşvili: "Səhiyyə naziri yox, bütün hökumət bəyanat yazıb getməlidir"

"Təkcə səhiyyə naziri deyil, bütün hökumət istefaya getməlidir".

InterPress.ge xəbər verir ki, bunu müxalifətçi deputat Salome Samadaşvili deyib.

Samadaşvilinin sözlərinə görə, hökumət kovidin idarə olunması prosesinə görə məsuliyyətdən yayına bilməz.

"Gürcüstan dünyada kovidin idarə olunmasında ən pis məlumatlara malikdir. Biz kovidin yayılmasına görə səkkizinci, ölüm nisbətinə görə dördüncü yerdəyik. Belə olan halda, belə faciəvi hallarda, hər gün bir çox insan öldükdə, təkcə səhiyyə naziri yox, bütün hökumət bəyanat yazıb getməlidir. Hökumət prosesi idarə etməkdə bu qədər uğursuz olanda, təbii ki, daxili problem yaranacaqdı, çünki uğursuzluq kiminsə üstünə atılmalı idi və deyəsən, bir-birini günahlandırmaq prosesi getdi. Ğaribaşvili Ekaterine Tikaradzenin fikirlərini nəzərə almadısa, bəyanat yazıb getməklə düzgün addım atdı, lakin bu, hökuməti baş verənlərə görə məsuliyyətdən azad etməyəcək, çünki bu halda, kovidin idarə edilməsi prosesi təkcə səhiyyə nazirinin səlahiyyətində deyil və fəlakətli nəticə tamamilə hakimiyyətin məsuliyyətindədir", - deyib Salome Samadaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər