Mixail Saakaşvili səhiyyə nazirinin istefasına belə münasibət bildirdi
Qori Hərbi Hospitalında olan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili səhiyyə naziri Ekaterine Tikaradzenin istefasına cavab verib və ona təşəkkür edib.
InterPress.ge xəbər verir ki, Saakaşvilinin məktubunu onun şəxsi həkimi Nikoloz Ğipşidze oxuyub:
“İvanişvili Səhiyyə naziri Tikaradzeni Kovidin idarəçiliyinin tam uğursuzluğuna görə bağışladı, lakin mənim işimə görə obyektiv mütəxəssislərdən ibarət dövlət komissiyasının yaradılmasını bağışlamadı.
Məni klinikaya aparmaq istəyənlərin səsinə qoşuldu. Pasportlar son damla oldu. İndi də hökumətin insanların həyatını necə vecinə almadığını yaxşı göstərir. Mən xanım Tikaradzeyə bu çətin vəziyyətdə insanlığını qoruyub saxladığına görə təşəkkür etmək istəyirəm", - Mixail Saakaşvili yazıb.
Məlumat üçün qeyd edək ki, Gürcüstanın səhiyyə naziri istefa verib.


