09 
Dek
2021
15:47
855

Çörəyin qiyməti yenidən bahalaşacaq?

Dekabrın 8-dən Rusiya buğdasının ixrac vergisi hər ton üçün 80,8 dollardan 84,9 dollara yüksəlib. 

InterPress.ge xəbər verir ki, Gürcüstan Buğda və Un İstehsalçıları Assosiasiyasının sədri Levan Silaqava bildirib ki, Rusiyada kvota mexanizmi birbaşa Gürcüstanda buğdanın qiyməti ilə bağlıdır.

“Ümumilikdə qiymətlər qalxır, çünki dünya Rusiyada buğda ixracına müəyyən məhdudiyyətlər gözləyir”, - Silaqava bildirib.

Onun sözlərinə görə, bazarın digər problemi elektrik enerjisinə subsidiya proqramıdır və artıq başa çatmaq üzrədir.

“İqtisadi komanda çörəyin bahalaşmasını sığortalamaq üçün vaxtında qərar verməlidir”, - Levan Silaqava bildirib.

“SovEkon” analitik mərkəzinin verdiyi məlumata görə, Rusiya buğdasının qiyməti bir ton üçün 321,3 dollar təşkil edir.

Rusiya buğdasının ixrac vergisi bir ton üçün 80,8 dollardan 84,9 dollara yüksəlib. Eyni zamanda, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, arpa tonuna görə vergi 68,3 dollardan 75,1 dollara yüksələcək. Qarğıdalı vergi isə dəyişməyərək 54,3 dollar səviyyəsində qalıb.

Bizimlə əlaqə saxlayın