09 
Dek
2021
14:01
421

Saakaşvilinin vəkilləri dövlət müfəttişinin hesabatının sübut kimi irəli sürülməsini tələb edirlər

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin işi üzrə vəkillər dövlət müfəttişinin hesabatının sübut kimi irəli sürülməsini tələb ediblər. 

InterPress.ge xəbər verir ki, ittiham tərəfi vəsatətlə razılaşmayıb.

Prokurorların izah etdiyinə görə, dövlət müfəttişinin məruzəsi baxılan cinayət işi - sərhədi qanunsuz keçmə ilə bağlı deyil və o, cəzaçəkmə müəssisəsində şəxslə rəftarla bağlıdır.

Vəkil Beka Basilaia-nın sözlərinə görə, ictimaiyyət "Mixeil Saakaşvilinin hüquqlarının pozulduğunu, ona qarşı cinayət əməllərinin törədildiyini, psixoloji terrorun baş verdiyini və onun bu əməlin qurbanı olduğunu" görür.

Vəkilin sözlərinə görə, dövlət müfəttişinin rəyi aktualdır və işə əlavə edilməlidir.

Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyi oktyabrın 1-də Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçməsi ilə bağlı araşdırmalara başlayıb. İş üzrə daha 4 nəfərə qarşı ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər