09 
Dek
2021
13:04
998

Dekabrın 17-dək olan hava proqnozu açıqlandı

Dekabrın 10-11-də Şərqi Gürcüstanda nisbətən isti olacaq və hava açılacaq. Hava +13, +14 dərəcəyə qədər istiləşəcək.

InterPress.ge xəbər verir ki, dekabrın 12-dən dekabrın 17-dək qısamüddətli yağış yağacağı gözlənilir, havanın temperaturu +11, +12 dərəcəyə enəcək.

Qərbi Gürcüstanda dekabrın 10-15-də yağış gözlənilmir. Havanın temperaturu +19, +21 dərəcəyə qədər yüksələcək. Qərbi Gürcüstanda dekabrın 16-17-də yağış yağacaq, havanın temperaturu +11, +12 dərəcəyə enəcək.

Dekabrın 10-da Tbilisidə yağış gözlənilmir, +13 dərəcə isti gözlənilir, dekabrın 11-17-də isə qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu +10 dərəcəyə enəcək.

Dekabrın 10-da yüksək dağlıq ərazilərdə qar yağacaq. Havanın temperaturu gecə 5 dərəcə şaxta, gündüz maksimum 5 dərəcə isti təşkil edəcək. Dekabrın 11-dən isə dağlıq rayonlarda hava açılacaq. Havanın temperaturu gün ərzində +10 dərəcəyə qədər yüksələcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər