Marneuli bələdiyyəsinin iclasında etiraz edilib, Saakaşviliyə azadlıq tələb edildi
Marneuli Bələdiyyə Məclisinin birinci növbədənkənar iclası “Vahid Milli Hərəkatın” üzvlərinin etirazı ilə başlayıb.
InterPress.ge xəbər veri ki, VMH partiyasının bələdiyyə üzvü Nərgiz Əliyeva iclasda üzərində Mixail Saakaşviliyə azadlıq tələb edən poster açıb və Bələdiyyə Məclisinin fəaliyyətinə etirazını bildirib.
Daha sonra o, əlindəki digər üzərində Mixail Saakaşviliyə azadlıq yazılan stikeri Bələdiyyə Məclisi sədrinin başının üstünə, divara yapışdırıb. Bələdiyyə Məclisi sədrinin müavini Riçard Qiqani isə yapışdırılan stikeri divardan çıxararaq Nərgiz Əliyevaya doğru atıb.
Nərgiz Əliyeva və “VMH” fraksiyasının sədri etiraz əlaməti olaraq Bələdiyyə Məclisi iclas zalını tərk edib.
N. Əliyeva meriya binasından çıxdığı zaman binanın önünə də üzərinə Saakaşviliyə azadlıq yazılmış stikerlər yapışdırıb.


