İrakli Ğaribaşvili: "Gürcüstan korrupsiyaya qarşı mübarizədə mühüm irəliləyiş əldə edir"
Korrupsiyaya qarşı mübarizə gününü Gürcüstan gözə çarpan nailiyyətlərlə qarşılayır, hökumətin mütərəqqi siyasəti bir sıra beynəlxalq reytinqlərlə təsdiqlənir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin bəyanatında deyilir.
Hökumət başçısının sözlərinə görə, Trace İnternational Korrupsiya Riskindən Azadolunma İndeksinin bu ilki sorğusuna əsasən, Gürcüstan Aİ-nin 13 ölkəsini qabaqlayır və regionda şəksiz liderdir.
"Bu gün Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günüdür.
Bu günü ölkəmiz görünən nailiyyətlərlə qarşılayır. Hökumətin mütərəqqi siyasətini bir sıra beynəlxalq reytinqlər təsdiqləyir. Onlardan biri Gürcüstanı Avropada ilk 20-liyə, dünyada isə ilk 30-luğa daxil edən Trace İnternational Korrupsiya Riskindən Azadolunma İndeksi sorğusudur, həmçinin Gürcüstan hökumətə münasibətdə korrupsiyanın aşağı riskini qiymətləndirən komponentdə birinci yeri tutdu. Gürcüstan Aİ-nin 13 ölkəsini qabaqlayır və regionda şəksiz liderdir. Bu nəticə hökumətimizin antikorrupsiya qanunvericiliyi, vətəndaş cəmiyyətinin iştirakı və hökumətin açıqlığı sayəsindəki islahatlarla mümkün olub.
Biz korrupsiyadan azad olmağın, şəffaflığın, hesabatlılığın və açıq idarəetmənin gücləndirilməsi istiqamətində səylərimizi davamlı şəkildə gücləndiririk”, - Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bəyanatında bildirib.


