09 
Dek
2021
11:19
1404

Gürcüstanda olan və ya səfər edəcək xarici vətəndaşların nəzərinə...

Xarici vətəndaşların yaşıl statusunu təsdiqləmək üçün öz ölkərində verilmiş müvafiq sənədləri təqdim etmələri kifayət edəcək.

InterPress.ge xəbər verir ki, müvafiq dəyişiklik Gürcüstan hökumətinin qərarında edilib.

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin imzaladığı qərara əsasən, www.covidpass.moh.gov.ge elektron portalında, CovidPass Georgia və Aİ Digital COVID Certificate sistemində qeydiyyatdan keçməmiş xarici ölkə vətədaşlarının yaşıl statusunun yoxlanması status verən ölkə tərəfindən verilən QR kodu, müvafiq qurum tərəfindən verilən tam vaksinasiya və ya mənfi PCR testini təsdiqləyən sənəd təqdim etdiyi zaman baş tutacaq.

Qurumlararası Koordinasiya Şurasının Əməliyyat Qərargahının rəhbəri Qiorqi Ğibradzenin sözlərinə görə, qərarın məqsədi xarici vətəndaşların öz ölkələrində verilən sənədlə yaşıl statusdan istifadə etməsinə şərait yaratmaqdır.

Mövcud  dəyişiklik artıq qüvvədədir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər