09 
Dek
2021
11:05
424

Şirkətlərin nəzdində təcrübə keçmək istəyən 3-cü və 4-cü kurs tələbələr və ya yeni məzun olmuş gənclərin nəzərinə

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi və bu ölkədə fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyinin (AZEBI) birgə təşkilatçılığı ilə bu assosiasyaya üzv və tərəfdaş şirkətlərin nəzdində təcrübə keçmək üçün Gürcüstanın ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurs tələbələr və ya yeni məzun olmuş gənclər üçün staj imkanları təklif olunur.

3 aylıq staj proqramı mühəndislik, mühasibat, maliyyə, iqtisadiyyat, beynəlxalq münasibətlər, hüquq, ictimaiyyətlə əlaqələr, siyasi elmlər və başqa sahələri əhatə edir. Proqrama müraciət etmək istəyən namizədlər gürcü və azərbaycan dillərini bilməlidirlər. Namizədlər müsabiqə yolu ilə staj proqramına qəbul ediləcəklər.

Staj proqramı ərzində tələbələr mütəmadi olaraq müxtəlif şirkətlərin, holdinqlərin CEO/Direktorları tərəfindən “CEO Talks” formatında müxtəlif mövzularda seminarlar, uğurlu karyera quruculuğu sahəsində təcrübə mübadiləsi, eləcə də, həmin şirkət və müəssisələrə səfərlər təşkil olunacaqdır.

Staj proqramını uğurla tamamlayan tələbələr sertifikatlarla təltif olunacaq və uyğun olsa həmin şirkətlərin nəzdində işlə təmin olunması imkanları nəzərdən keçiriləcəkdir.

Staj programına müraciət etmək üçün namizədlər tərəfindən CV-lərin aşağıdakı elektron poçt ünvanına göndərilməsi xahiş olunur: [email protected]

Bizimlə əlaqə saxlayın