Kutaisidən bu istiqamətə birbaşa uçuşlar başlayır
Dekabrın 15-dən Kutaisi ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı arasında birbaşa uçuşlar başlayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.
Əbu Dabidən Kutaisiyə və əksinə, Wizz Air Abu Dhabi tərəfindən həftədə iki dəfə birbaşa müntəzəm uçuşlar həyata keçiriləcək. Yeni istiqamətin təbliği ilə əlaqədar Əbu-Dabidəki Milli Turizm Administrasiyasının təşkilatçılığı və Gürcüstan Hava Limanları Assosiasiyası və Wizz Air-in tərəfdaşlığı ilə “Gürcüstan Səyahət və Biznes İstiqaməti kimi” adlı təqdimat təşkil edilib. Gürcüstan Hava Limanları Assosiasiyasının direktoru Tamar Arçuadze Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinin, aviaşirkətin və Əbu-Dabi hava limanının, həmçinin turizm agentlikləri və müxtəlif işgüzar dairələrin nümayəndələri qarşısında çıxış edib.
"Dekabrın 15-dən Kutaisi ilə Əbu-Dabi arasında birbaşa uçuşlar başlayacaq. Bu, xüsusilə vacibdir ki, tarixdə ilk dəfə olaraq bu iki şəhər hava yolu ilə birləşdiriləcək. Ümid edirik ki, artan turizm potensialı İmereti bölgəsinə müsbət təsir göstərəcək, ziyarətçilər ölkəmizə qayıdacaq və İmereti bölgəsinin və ümumilikdə Gürcüstanın cazibəsini bir daha kəşf edəcəklər", - Tamar Arçuadze bildirib.
Gürcüstan Hava Limanları Assosiasiyasından verilən məlumata görə, Wizz Air Abu Dhabi Macarıstanın aşağı büdcəli Wizz Air aviaşirkətinin Avropadan kənarda yaratdığı ilk aviaşirkətdir. Wizz Air Abu Dhabi tamamilə yeni, Airbus A321neo-dan ibarətdir və Kutaisi Beynəlxalq Hava Limanının mövcudluğu dövründə ilk dəfə olaraq müntəzəm birbaşa reyslərlə Yaxın Şərqə getmək mümkün olacaq.
“Bizim çox vacib görüşlərimiz var. Biz mühüm tərəfdaşlarımız olan müxtəlif turizm şirkətləri ilə görüşürük. Təyyarələrimizdə qrup halında yerlər alırlar və xüsusi səyahət paketləri təklif edirlər ki, bu da aviaşirkət üçün əhəmiyyətli bir üstünlükdür. Bu gün biz Kutaisi və Əbu Dabi arasında dekabrın 15-də başlayan yeni istiqaməti elan etdik. Biz həftədə iki dəfə Kutaisiyə gedə biləcəyik. Bu, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabinin Gürcüstanla, xüsusən də Kutaisi ilə birləşdirildiyi ilk hadisə olacaq”, - deyə Wizz Air Abu Dhabi-nin idarəedici direktoru Keysi Von Sxaik bildirib.
Hava Limanları Assosiyasiyasından verilən məlumata görə, dekabrın 15-də Əbu-Dabidən Kutaisi Beynəlxalq Hava Limanına ilk reys İmereti regionunun turizm potensialı ilə tanış olmaq, Gürcüstan haqqında xəbərlər və məqalələr hazırlamaq üçün Birləşmiş Ərəb Əmirliklərindən olan bloqçular, nüfuzlu şəxslər və jurnalistləri gətirəcək.


