Gürcüstanda zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat verib.
Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 06:42-də qeydə alınıb.
Məlumata görə, zəlzələnin episentri Çalkadan 16 km cənub-qərbdə, Məmişlər kəndi yaxınlığında yerləşib.
Zəlzələnin gücü 3,3 bal olub.
