08 
Dek
2021
12:22
326

Yanacaqdoldurma məntəqəsini qarət edən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Ozurqeti Rayon Şöbəsinin əməkdaşları həyata keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində 1968-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.L.-nı oğurluq ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

İstintaq müəyyən edib ki, Q.L. Ozurqeti şəhərində, Kostava küçəsindəki "Lukoil" yanacaqdoldurma məntəqəsinin operatoruna hücm edərək, silahla hədələyərək 550 lari pul oğurlayıb və hadisə yerindən qaçaraq gizlənib.

Polis araşdırma və istintaq tədbirləri nəticəsində hadisədən bir neçə gün sonra təqsirləndirilən şəxsi saxlayıb.

Soyğunçuluq faktı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə araşdırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər