07 
Dek
2021
14:38
969

Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir

Dekabrın 9-dək Gürcüstanda nisbətən isti və yağmursuz hava şəraiti davam edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.

Qərbi Gürcüstanda havanın temperaturunun +19, +24, Şərqi Gürcüstanda +12, +17 olacağı gözlənilir.

Dekabrın 9-da yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərbi Gürcüstanda havanın temperaturu +11, +16 dərəcəyə enəcək. Dekabrın 10-dan hava yenidən açılacaq və istiləşəcək. Tbilisidə dekabrın 9-dək yağış gözlənilmir. Dekabrın 9-da az yağış yağacağı ehtimalı var. Havanın temperaturu +13, +15 dərəcə təşkil edəcək.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər