Levan Xabeişvili: "Prezident Saakaşvili siyasi əsirlikdə olduğu müddətdə siyasi böhran bitməyəcək"
“Gürcü Arzusu hakimiyyətinə təkrar edə bilərəm ki, sizi çox isti qış gözləyir, ona görə ki, prezident Saakaşvili siyasi əsirlikdə olduğu müddətdə siyasi böhran bitməyəcək”.
InterPress.ge xəbər verir ki, bunu Vahid Milli Hərəkatın üzvü Levan Xabeişvili Qori xəstəxanasında Mixeil Saakaşvilini ziyarət etdikdən sonra deyib.
Xabeişvilinin sözlərinə görə, o, Gürcüstanın keçmiş prezidenti ilə qiymət artımı, həmçinin planlar barədə danışıb.
"Mən prezident Saakaşvilini bu qədər zəif görməmişdim, bu, çox güman ki, Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə “Gürcü Arzusu” hakimiyyəti tərəfindən Qldani həbsxanasında verilən işgəncələrin nəticəsidir. Buna görə çox təəssüflənirəm. Bu adamın savadını, beynini, enerjisini ölkəmizin vətəndaşlarının rifahına sərf etmək əvəzinə onu əsir götürüblər, bu şəxsin sağlamlığı və həyatı təhlükədədir. Söhbətimizin mövzusuna gəlincə, əslində bir aydan çoxdur ki, onu görmürdüm və söhbətin əsas mövzusu qiymətlərin qalxması idi, qarşıdan yeni il gəlir və insanların yeni ili qarşılamaq üçün elementar şəraitinin olmamasından narahatdır, gündəlik televizora baxaraq məlumat aldığı ilkin istehlak məhsullarının, dərman vasitələrinin qiymətlərinin qalxmasından narahatdır, bu adam heç nə edə bilmir, çünki özü əsirdir, özü girovdur, özü də işgəncə altındadır və ona görə də bu reallığı buradan izləmək çətindir. Bu, bizim danışdığımız əsas mövzu idi və planlardan danışdıq. Gürcü Arzusu hakimiyyətinə təkrar edə bilərəm ki, sizi çox isti qış gözləyir, ona görə ki, prezident Saakaşvili siyasi əsirlikdə olduğu müddətdə siyasi böhran bitməyəcək", - Levan Xabeişvili deyib.


