07 
Dek
2021
13:47
1567

Dövlət Müfəttişliyi: Mixeil Saakaşvilinin 18 saylı cəzaçəkmə müəssisəsinə məcburi yerləşdirilməsinin ictimailəşdirilməsi “lləyaqəti alçaltmaqdır”

Dövlət Müfəttişliyinin sözlərinə görə, Mixeil Saakaşvilinin Penitensiar Xidmətin əməkdaşları tərəfindən 18 saylı cəzaçəkmə müəssisəsinə məcburi yerləşdirilməsi, belindən yuxarı çılpaq vəziyyətdə aparılması “ləyaqəti alçaltmaqdır”.

InterPress.ge xəbər verir ki, Dövlət Müfəttişliyinin qərarı Mixeil Saakaşvilinin Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsini tərk etməsinin videoyazısına da aiddir.

"Mixeil Saakaşvilinin həqiqətən də müəssisəni öz istəyi ilə tərk etdiyini nümayiş etdirmək üçün cəzaçəkmə müəssisəsini tərk edən videonun dərc edilməsi qanuni sayıla bilməz, çünki yoxlama zamanı əldə edilmiş sübutlar, o cümlədən onun 18 saylı cəzaçəkmə müəssisəsinə məcburi yerləşdirilməsi və reanomobildə çəkilmiş audio-video çəkilişlər bunun əksini təsdiq edir. Buna görə də bunun hansı qanuni məqsədə xidmət etdiyi və bu cür məlumatların yayılmasının nə üçün zəruri olduğu aydın deyil.

Mixeil Saakaşvilinin 18 saylı cəzaçəkmə müəssisəsinə məcburi yerləşdirilməsi ilə bağlı dövlət müfəttişi izah etdi ki, onun (Gürcüstanın üçüncü prezidenti) siyasi statusunu, tanınmışlığını,   yüksək ictimai marağa sahib olduğunu (həm ölkə daxilində, həm də xaricdə), videonun məzmununu(penitensiar müəssisənin əməkdaşları onu zorla belindən yuxarı çılpaq vəziyyətdə aparırlar) və ictimailəşdirməkdə gözlənilən nəticələri (yuxarıda qeyd olunan kadrlar yalnız Gürcüstan KİV-də deyil, bütün mediada yayıldı) nəzərə alaraq, onun belə formada və vəziyyətdə  geniş ictimaiyyətə təqdim edilməsi məlumat subyektini alçaldan formada məlumatların hazırlanması kimi qəbul edilməlidir.

Dövlət müfəttişi video və fotonun məzmunun mühüm detallarına da diqqət yetirdi. Şəkildə Xüsusi Penitensiar Xidmətin izah etdiyi kimi, onun aldığı qida əlavələri - cəmiyyətdə uşaq qidası kimi geniş istifadə olunan qidalar göstərilib. Bu halları və məlumatın yayılmasının forma və məzmununun Mixeil Saakaşvilinin aclıq aksiyasının cəmiyyətdə göstəriş mahiyyəti ilə bağlı yanlış hiss yaratdığını nəzərə alaraq, məlumat ac olan şəxsin ləyaqətinin pozulması kimi qiymətləndirilməlidir", - Dövlət Müfəttişliyinin bəyanatında deyilir.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər