07 
Dek
2021
13:11
1267

Dövlət Müfəttişliyi Aparatı Ədliyyə Nazirliyini və Xüsusi Penitensiar Xidməti inzibati məsuliyyətə cəlb etdi

Dövlət Müfəttişliyi Aparatı Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin şəxsi məlumatlarının ictimailəşdirilməsi ilə bağlı araşdırmanı başa çatdırıb və müəyyən edib ki, Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmət “Fərdi məlumatların mühafizəsi haqqında” qanunu pozaraq məlumatları ictimailəşdirib.

InterPress.ge xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Dövlət müfəttişi bunu nəzərə alaraq Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidməti inzibati məsuliyyətə cəlb edib.

Saakaşvilinin şəxsi məlumatları, o cümlədən keçmiş prezidentin cəzaçəkmə müəssisəsinin mağazasında aldığı və istehlak etdiyi məhsullar və onun qida rasionu, Mixeil Saakaşvilinin tibb mərkəzində qida qəbul etməsi faktlarının videoçəkilişi və bəzi qida əlavələrinin fotoşəkilləri haqqında məlumatlar qanun pozuntusu olaraq müəyyənləşdirilib.

Gürcüstanın Ədliyyə Nazirliyi “Fərdi məlumatların mühafizəsi haqqında” Gürcüstan qanununun 44-cü maddəsinin birinci bəndində nəzərdə tutulmuş inzibati xətalara görə cərimələnib. Xüsusi Penitensiar Xidmət isə Gürcüstanın “Fərdi məlumatların mühafizəsi haqqında” qanununun 44-cü maddəsinin ikinci bəndində nəzərdə tutulmuş inzibati xətalara görə cərimələnib.

Bundan əlavə, Gürcüstanın Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidmətə Mixeil Saakaşvilinin şəxsi məlumatlarını əks etdirən video və audio-video yazıları Facebook sosial şəbəkəsindən, eləcə də rəsmi saytlardan silmək tapşırılıb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər