Kutaisidə 3 aylıq körpə koronavirusu məğlub edib.
InterPress.ge xəbər verir ki, bu barədə Bomond klinikasının facebook səhifəsində qeyd olunub.
“Balaca Nikol Bomond Mərkəzinin pediatriya şöbəsində koronavirusa qalib gəldi.
Nikol 3 aylıqdır. Bomondda dünyaya gəlib”, - Klinikanın Facebook səhifəsində qeyd olunub.
