2022-ci ildən bu şəxslərin maaşları artırılacaq
Maliyyə naziri Laşa Xuçişvili gələn ildən gəliri artacaq şəxslərdən danışıb.
InterPress.ge xəbər verir ki, bu barədə nazir hökumət iclasında deyib.
"2022-ci ilin büdcəsində dövlət sektorunda maaşların artırılması nəzərdə tutulub. Gələn ilin yanvarından əsgərlərin, polislərin maaşları artacaq. Müəllimlərin, məktəb inzibati işçilərinin, resurs işçilərinin, kənd həkimlərinin, tibb bacılarının, bütün təcili tibbi yardım işçilərinin maaşları artırılacaq. Ümumiyyətlə, dövlət sektorunda, dediyimiz kimi, maaşlarda on faiz artım olacaq. Gələn il biz əmək haqqı tənzimləmə qaydasını təsdiq edəcəyik ki, burada da dövlət qulluqçularının maaşlarının hər il özəl sektorda çalışanların maaşları kimi artırılması nəzərdə tutulur və nəticədə dövlət qulluqçularının maaşları tənzimlənəcək.
Çox ümid edirəm ki, sənəd yaxın vaxtlarda Gürcüstan parlamenti tərəfindən təsdiqlənəcək və biz gələn ildən yeni büdcə parametrləri ilə işləməyə başlayacağıq. Buna qədər, müəllimlərin, polislərin maaşları istisna olmaqla, dövlət qulluqçularının maaşları 2017-ci ildən praktiki olaraq dondurulub. Dövlət sektorunda 2017-ci ildən maaşların artırılması praktiki olaraq dondurulmuşdu", - deyib Laşa Xuçişvili.


