06 
Dek
2021
11:36
416

Maliyyə naziri: "Oktyabrda Gürcüstan iqtisadiyyatı 6,9%, 10 ayda ümumilikdə 10,5% artıb"

Oktyabrda Gürcüstan iqtisadiyyatı 6,9%, 10 ayda ümumilikdə 10,5% artıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin iclasında maliyyə naziri Laşa Xuçişvili bildirib.

Onun sözlərinə görə, büdcə proqnozlarına düzəlişlər edilib və cari ilin iqtisadi artımı 9,5 faizdən 10 faizə yüksəlib.

"10% artımdan sonra gələn il kifayət qədər yüksək, 6%-lik iqtisadi artım gözlənilir və 2022-2025-ci illərdə orta iqtisadi artımın da yüksək, 5,5% daxilində olması vacibdir. Bizim addımlarımız bu göstəricilərin daha da yaxşılaşdırılmasına yönələcək.

Gələn il ölkə iqtisadiyyatının ümumi həcmi 65 milyard larini keçəcək, bu isə adambaşına düşən ÜDM-in 5500 dollardan çox olacağı deməkdir və bu, bu istiqamətdə ciddi artımdır. O da vacibdir ki, biz eyni zamanda həm borcu, həm də kəsiri azaldırıq. Artıq təqdim edilmiş büdcənin kəsiri 4,2%-ə, borcun həcmi isə təxminən 9 faiz punkt - 60%-dən 51%-ə enib. Dövlət büdcəsinin gəlirlərinin hissəsi 19 milyard 362 və 362 milyon lari məbləğində müəyyən edilib və əvvəlki təqdimatla müqayisədə 336 milyon lari artıb", - Laşa Xuçişvili bildirib.

Bizimlə əlaqə saxlayın